Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Mərkəzində  “Narkomaniya sərhədsiz fəlakətdir” adlı tədbir  tədbir keçirilib

24.10.2024

Mədəniyyət Mərkəzində  “Narkomaniya sərhədsiz fəlakətdir” adlı tədbir  tədbir keçirilib
24 oktyabr 2024- cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” na uyğun olaraq ”Narkomaniya sərhədsiz fəlakətdir” adlı tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov açıb. O, narkomaniyanın gənclərin sağlam həyat tərzi üçün təhlükə törətməsindən danışıb. Qeyd edib ki, narkomaniya insan orqanizminin zəifləməsinə, bədənin arıqlamasına, qaraciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Son illər hüquq mühafizə orqanları tərəfindən Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı  mübarizə xeyli gücləndirilmiş, bu sahəyə cavahdeh olan dövlət orqanları fəallığını  xeyli artırmışdır.
Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti, Qazax rayon Mədəniyyət Mərkəzinin Həmkarlar İttifaqı komitəsinin sədri Zülfiyyə Mürsəlova mədəniyyət müəssisələrində narkomaniya ilə mübarizəyə həsr edilmiş maarifləndirici tədbirlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova Narkomaniyanın törətdiyi ağır bəlalardan gənclərə vurduğu mənəvi zərərdən danışıb. 
Digər çıxış edənlər bildiriblər ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Bu səbəbdən də Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələ olmalıdır.